İsmayıllı rayonunun Basqal qəsəbəsində hazırda fəaliyyət göstərməyən sexdə yanğın olub.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 300 kvadratmetrlik kəlağayı sexinin içərisində dəzgahların ətrafına çəkilən şüşə pambıq üzlük (20 kvadratmet sahədə) yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər