İsmayıllıda kişini öldürüb yandırdıqdan sonra yola atdılar

ismayillida-kisini-oldurub-yandirdiqdan-sonra-yola-atdilar
Oxunma sayı: 2937

Martın 28-də İsmayıllı rayonunda yanmış kişi meyiti tapılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Tubikənd kəndi ərazisində yolun kənarındakı kol-koslu sahədəki naməlum kişi meyitini kənd sakinləri aşkarlayıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib. 

Meyitin təxminən 30-40 yaşlarında, qara saçlı, 160-170 sm boya malik olan kişiyə aid olduğu məlum olub. Onun başqa yerdə qətlə yetirilərək yandırıldığı və sonradan həmin əraziyə atıldığı ehtimal olunur. Qətlə yetirilən şəxsin kimliyi və nə vaxt öldürülməsi hələ ki, bəlli deyil. 

Bu göstəricilərə uyğun tanışı və ya qohumu itkin düşənlər, öldürülən şəxs haqda məlumatı olanlar İsmayıllı RPŞ-yə məlumat vermələri xahiş olunur.

Faktla bağlı cinayət işi başlanılıb, İsmayıllı RPŞ və rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Murad Əhməd