İsmayıllıda “Media və din” adlı seminar keçirilir

ismayillida-media-ve-din-adli-seminar-kecirilir
Oxunma sayı: 1937

Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə İsmayıllı rayonunda bir sıra mətbuat nümayəndələri üçün “Media və din” adlı üçgünlük seminarın açılış mərasimi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və digər şəxslərin məruzələri dinlənilib. Daha sonra Fondun beşillik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. 

Qeyd edək ki, tədbir çərçivəsində iştirakçılar üçün seminarlar keçiriləcək, mətbuat nümayəndələrinin iştirakı ilə müxtəlif mövzular ətrafında müzakirələr aparılacaq, İsmayıllı rayonunda yerləşən bir sıra tarixi məkanlara ekskursiyalar təşkil olunacaq.