İsmayıllıda qanunsuz ov edənlər saxlanıldı

ismayillida-qanunsuz-ov-edenler-saxlanildi
Oxunma sayı: 2001

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov edən 2 nəfər, rayonun Kürdmaşı kənd sakinləri Qurban Hüseynov və Tofiq Xəlilov saxlanılıblar.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, onlardan müvafiq icra hakimiyyətindən xüsusi icazələri olmadan saxladıqları 2 ədəd “TOZ  63” markalı ov tüfəngi də götürülüb. 

Saxlanılan şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin  272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması)  maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.