İsmayıllıda qəza - 5 nəfər yaralandı

ismayillida-qeza
Oxunma sayı: 1617

İsmayıllıda iki minik avtomobili toqquşub.

"Qafqazinfo" xəbər verir ki, hadisə bu saatlarda Qaraməryəm-İsmayıllı-Şəki yolunda, İsmayıllının Qurbanəfəndi kəndi yaxınlığında baş verib. "Mersedes" və "Vaz 2107" markalı maşınların toqquşması səbəbindən 5 nəfər ağır xəsarət alıb.

Xəsarət alanlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Yol qəzasında xəsarət alanların kimliyi bəlli olub. Onlar Bakı şəhər sakinləri 1964-cü il təvəllüdlü Qabil Hüseynov, həyat yoldaşı 1970-ci il təvəllüdlü Sevinc Hüseynova, İsmayıllı rayon sakinləri 1982-ci il təvəllüdlü Ramil Qarayev, 1962-ci il təvəllüdlü Həsən Allahverdiyev, 1954-cü il təvəllüdlü Niyaz Qarayevdir. 

Rəşad Türkoğlu