İsmayıllıda qəza, yaralılar var - Video

ismayillida-qeza-yaralilar-var
Oxunma sayı: 3938

İsmayıllıda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya daxil olan məlumata görə, fevralın 26-dan 27-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı şəhərində avtoqəzanın baş verməsi və avtomobildə sıxılı vəziyyətdə qalanların olması barədə məlumat daxil olub. 

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayılll Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes” markalı minik avtomobilinin yol kənarındakı hasara çırpılması nəticəsində 3 nəfər vətəndaşın avotomildə sıxılı vəziyyətdə qalması müəyyən edilib.  

Yanğınsöndürən-xilasedicilər müvafiq xilasetmə avadanlıqlarından istifadə etməklə müxtəlif bədən xəsarətləri alaraq sıxılı vəziyyətdə qalmış vətəndaşları operativ qaydada avtomobildən çıxararaq, təcili tibbi yardım briqadasına təhvil veriblər.