Xəbər verdiyimiz kimi, axşam saatlarında güclü yağış nəticəsində dağlardan gələn sel suları İsmayıllı rayonu ərazisindən keçən magistral avtomobil yolunu basıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti təbii fəlakətlə bağlı məlumat yayıb.
"Qafqazinfo"ya daxil olan məlumata əsasən, 14 may 2020-ci il tarixində saat 16:35 radələrində bir saat ərzində İsmayıllı rayonunun Girdimançay-Qaranohur məntəqəsində güclü leysan yağış, dolu ilə müşahidə edilib. Bir saat ərzində yağıntının miqdarı 42 mm olub. Saat 20:00-da isə 49 mm təşkil edib.
Nəticədə kənd təsərrüfatına və yollara ziyan dəyib. Çaydan sel keçib.
Son xəbərlər
Son Xəbərlər