İsmayıllıdakı yanğın qonşu evi də külə döndərdi

ismayillidaki-yangin-qonsu-evi-de-kule-donderdi
Oxunma sayı: 2476

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, yanğın rayonun Vaşa kəndində olub.

Yanğın zamanı qonşu olan iki ev yanıb. Belə ki, yanğında 1952-ci il təvəllüdlü Mustafayev Şakir Əlsafa oğluna məxsus ümumi sahəsi 160 k/m olan ikimərtəbəli fərdi yaşayış evi içərisində olan əşyaları ilə birlikdə, evin qarşısında olan ümumi sahəsi 30 k/m olan talvar, həyətyanı sahədə olan ümumi sahəsi 12 k/m olan təndirxana, həyətdə olan ümumi sahəsi 72 k/m tövlənin ağac konstruksiyaları tamamilə yanıb.

Bundan əlavə yanğın genişlənərək qonşuluqda yerləşən Mustafayev Rza Əlsafa oğluna məxsus fərdi yaşayış evinə də keçib. Nəticədə ümumi sahəsi 40 k/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evi içərisində olan əşyalarla birlikdə tamamilə yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Mübariz Muradov