İsmayıllının başçısından işsizlərə şad xəbər

ismayillinin-bascisindan-issizlere-sad-xeber
Oxunma sayı: 666

“Qafqazinfo”nun icra hakimiyyətinin saytına istinadən verdiyi xəbərə görə, vakant olan iş yerləri arasında İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinə direktor, Mədəniyyət və Turizm şöbəsinə direktor müavini, Lahıc Tarix-Diyarşünaslıq Muzeyinə direktor kimi vəzifələr də var.

Rayon sakinlərinə vakant olan iş yerləri ilə bağlı ətraflı məlumat almaq üçün Rayon Məşğulluq Mərkəzinə müraciət etmələri xahiş olunur.

Qeyd edək ki, bir müddət əvvəl icra başçısı Mirdamət Sadıqov yerli sahibkarlara və iş adamlarına rayon sakinlərini işə götürməkdə üstünlük vermələri ilə bağlı tapşırıq vermişdi.