Bu gün İsmayıllı rayonuna icra başçısı təyin edilən Nahid Bağırovun kimliyi ictimaiyyətdə maraq doğurur.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, 1979-cu il təvəllüdlü N.Bağırov fəaliyyəti dövründə daha çox turizm sahəsində işləyib. O, 2009-cu ildən Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri kimi tanınıb. 2015-ci ildə N.Bağırov 2 il müddətinə Ümumdünya Turizm Təşkilatına qoşulmuş dövlətlərin Avropa üzrə vitse-prezidenti seçilib.
Eyni zamanda, 9 fevral növbədənkənar parlament seçkilərində 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd olub.
Son xəbərlər
Son Xəbərlər