İsmayıllıya dolu düşdü- - Fotolar

ismayilliya-dolu-dusdu-
Oxunma sayı: 5113


“Qafqazinfo” xəbər verir ki, güclü yağışla bərabər yağan dolu nəticədə ağır fəsadlara yol açıb. 25 dəqiqə davam edən dolu findıq və qoz boyda olub. Davamlı aramsız yağan yağış kənd təsərrüfatına zərər vurub. Dolu taxıl məhsullarına ziyan vurub və meyvə ağaclarını meyvələrini məhv edib. Xüsüsən əkin sahələrinə taxıla yoncaya arpaya və bağlarda meyvə ağaclarına ciddi ziyan vurub. Əhali arasında qorxu və həyacan yaşanıb. Evlərin dam örtüyü ziyan dəyməyib. Dolu güclü leysanla əvəz olunub. Ən çox yağntı isə İsmayıllının mərkəzi ərazisində qeydə alınıb. Rayonlarda elektrik enerjisinin verilişində problemlər yaranıb. Bəzi kəndlərə enerji verilişi dayandırılıb. Təsərrüfatlara dəyən ziyanın miqdarı hələlik dəqiq bilinmir.