İsmət Abbasov südlük damazlıq heyvanlarına baxış keçirib

ismet-abbasov-sudluk-damazliq-heyvanlarina-baxis-kecirib
Oxunma sayı: 632

Nazir İ. Abasov sərginin baş direktoru xanım Valeri Lobri-Qranqer ilə görüş keçirərək, Azərbaycan iqtisadiyyatının Cənubi Qafqazın ümumi iqtisadiyyatının təxminən 80 faizini təşkil etdiyini və Azərbaycanda həyata keçirilən iqtisadi tədbirlər, o cümlədən kənd təsərrüfatı sahəsində görülən işlər və aqrar sahəyə dövlətin dəstəyi barədə müqabil tərəfə geniş məlumat verib.

Daha sonra nazir İ. Abasov sərgidə nümayiş olunan müxtəlif kənd təsərrüfatı texnikaları ilə yaxından tanış olub.

Eyni zamanda nazir İ. Abasov sərgidə Burqundiya Əməkdaşlıq və İxrac Qrupunun meneceri cənab Jan Lui Riot ilə görüş keçirərək Fransanın Burqunduya regionuna məxsus “Şarole” cinsindən olan ətlik damazlıq heyvanlar barədə geniş məlumat əldə etmiş və bu heyvanların Azərbayana idxal olunması imkanları müzakirə edilib.

Günün ikinci yarısında nazir İ. Abasov Parisdə keçirilən 50-ci Beynəlxalq kənd təsərrüfatı sərgisinə gələrək sərgidə nümayiş etdirilən geniş çeşidli kənd təsərrüfatı və qida sənayesi məhsulları və Burqundiya vilayətinin məşhur “Holştin-Friz” südlük damazlıq heyvanlarına baxış keçirib.