“Qafqazinfo”nun xəbərinə görə, mərasimdə əvvəlcə Azərbaycan və Mərakeşin dövlət himnləri səslənib. Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami tədbirdə çıxış edərək ölkəsinin keçdiyi inkişaf yolundan danışıb, Kral VI Məhəmmədin hakimiyyətdə olduğu son 15 il ərzində ölkəsində siyasi və iqtisadi sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.
Diplomat Azərbaycan ilə Mərakeş arasında ənənəvi dostluq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək ölkələr siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində inamla irəlilədiyini söyləyib. Hər iki ölkənin bir-birini beynəlxalq müstəvidə dəstəklədiyini vurğulayan səfir həm ikitərəfli qaydada, həm də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da birgə səylərin göstəriləcəyini qeyd edib.
Azərbaycan Baş nazirinin müavini İsmət Abasov əlamətdar gün münasibətilə Mərakeş xalqını Prezident İlham Əliyevin adından təbrik edərək ən xoş arzularını çatdırıb.
İsmət Abasov ikitərəfli əlaqələrin yaranması tarixindən danışıb. O, iki ölkənin dövlət başçıları arasında yüksək səviyyədə olan münasibətlərin Azərbaycanla Mərakeş arasındakı əməkdaşlığın daha da inkişafına böyük təkan verdiyini diqqətə çatdırıb.
Son xəbərlər
Son Xəbərlər