“Qafqazinfo” xəbər verir ki, ən maraqlı qarşılaşmalardan biri “Nou Kamp” stadionunda “Barselona” ilə “Atletiko”Madrid arasında keçiriləcək. Bir-birilərini yaxşı tanıyan bu iki klub cari mövsümdə 4-cü dəfə üz-üzə gələcəklər. İlk üç oyunda bir klub, digərinə qarşı aşkar üstünlük yarada bilməmiş və hər 3 görüş bərabərliklə başa çatmışdı. Bu oyunlardan ikisi İspaniya Kral Kubokuna biri isə “La Liqa” ya təsadüf edir.
“Barselona” da dünyanın bir sıra ulduz futbolçuları cəmləşsə də, “Atletiko”Madriddə də kifayət qədər güclü ounçular yer alır. Bu mövsüm “La Liqa”da 25 qola imza atan Diyeqo Kosta “Atletiko”nun əsas qol silahlarından sayılır. İspanların ağızdolusu danışdıqları və şəninə kitab yazdıqları Arda Turan da bu gecə yarımmüdafiə xəttində sözün əsl mənasında oyun çıxarmağa çalışacaq.
1 aprel
Saat 23:45
“Barselona”- “Atletiko”Madrid
İqbal
Son xəbərlər
Son Xəbərlər