İspaniya 4 ölkəyə səfir təyin etdi

ispaniya-4-olkeye-sefir-teyin-etdi
Oxunma sayı: 869

İspaniya Nazirlər Kabineti Xarici İşlər Nazirliyinin xarici məsələlər üzrə keçmiş dövlət katibi İqnasio İbanyesi Rusiyaya səfir təyin edib.

Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə İspaniya hökumətinin rəsmi nümayəndəsi İnyiqo Mendes de Viqo mətbuat konfransında bildirib.

İ. İbanyes Tanzaniya, Misirdə diplomat kimi fəaliyyət göstərib, İspaniyanın Avropa İttifaqında daimi nümayəndəsi, ölkənin Dominik Respublikası, Haiti və Yamaykadakı səfirliklərində iqtisadi müşaviri olub.

Eləcə də İspaniyanın İraq (Xuan Xose Eskobar Stemmann), Slovakiya (Luis Belsus de los Rios) və Banqladeşə (Alvaro de Salas Himenes de Askarate) təyin olunan yeni səfirlərinin adları məlum olub.