"Qafqazinfo" xəbər verir ki, mundialın ən uğursuz komandası İspaniya Avstraliya ilə qarşılaşır. Son dünya çempionu İspaniya artı bu matçdan sonra Braziliya ilə vidalaşaraq evə qayıdacaq. Hollandiya ilə ilk matçda 5-1 hesablı biabırçı məğlubiyyət "matador"ları qrupdakı növbəti matça Çili qarşısına da psixoloji gərginlik şəraitində çıxarmışdı. Bunun nəticəsi kimi, Çili İspaniyanı 2-0 hesabı ilə məğlub edərək mundialdan kənarlaşdırıb.
Avstarliyaya gəldikdə isə yaşıl qitənin nümayəndələri qrupda ilk matçını Çiliyə qarşı keçirdi və 3-1 hesabı ilə məğlub oldu. Daha sonra güclü Hollandiya yığmasına qarşı avstraliyalıların göstərdiyi oyun inamlı olsa da, qələbə üçün bəs etmədi. 3-2 hesablı ilə uduzan Avstraliya millisi hazırkı İspaniya matçını sadəcə formal xarakter daşımağa səbəbiyyət verib.
***
36-cı dəqiqədə ispan futbolçu David Vilya hesabı açıb
***
69-cu dəqiqədə Fernando Torres komandasının ikinci qolunu vurur.2-0
***
Xuan Mata 82-ci dəqiqədə hesabı 3-0-a çatdırır.
2010-cu ildə Afrikada dünya çempionu olan İspaniya Braziliyadakı cari mundialı 3 xalla tamamlayır.
İqbal
Son xəbərlər
Son Xəbərlər