İspaniya da fövqəladə vəziyyət rejimini uzatdı

ispaniya-da-fovqelade-veziyyet-rejimini-uzatdi
Oxunma sayı: 2021

İspaniya Konqresi hökumətin koronavirus pandemiyası səbəbindən fövqəladə vəziyyət rejimini mayın 10-dək uzatmaq təklifini qəbul edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, boş zalda keçirilən iclasda deputatlar distant səs veriblər. Təklif 300 parlemantari tərəfindən dəstəklənib.

Qeyd edək ki, İspaniyada martın 14-dən fövqəladə vəziyyət rejimi tətbiq edilir. Parlament artıq üçüncü dəfədir ki, rejimin uzadılması qərarını qəbul edir.