"Qafqazinfo" xəbər verir ki, İspaniya Çili ilə qarşılaşır. İlk turda Hollandiyaya 5-1 hesabı ilə uduzan İspaniyaya qələbə çox vacibdir. Artıq Hollandiya Avstraliya üzərində 3-2 hesablı qələbə qazanmaqla play-off məsələsini həll edib. İspanlar bu gün Çiliyə uduzsa, onda evə qayıtmaq məcburiyyətindədir. Çilinin artıq aktivində 3 xal var. Onlar ilk oyunlarında Avstraliya üzərində 3-1 hesablı qələbə qazanıb.
Komandaların start heyətləri belədir;
İspaniya: Kasilyas, Martines, İnyesta, Pedro, Alonso, Ramos, Serxio, Alba, Kosta, Silva, Azpiluseta
Çili: Bravo, Mena, İsla, Silva, Alexsis, Vidal, Varqas, Medel, Jara, Aranquis, Dias
***
20-ci dəqiqədə Varqas Çilini hesabda irəli çıxardı. İspaniyanın vəziyyəti getdikcə pisləşir.
***
44-cü dəqiqədə Arangez Çilini play-offa daha da yaxınlaşdıran qolu vurub. 2-0
***
İlk hissə başa çatdı və ispanlar uduzacaqları təqdirdə mundialla vidalaşacaqlar.
***
60 dəqiqənin sonunda İspaniyanın 2-0 hesablı məğlubiyyəti davam edir
***
Son dünya çempionu İspaniya Braziliya macərasını vaxtından tez başa vurdu. Yer aldığı B qrupunda Hollandiya məğlubiyyətindən sonra Çiliyə 2-0 hesabı ilə uduzan matadorlar qrupda qaldılar. Hollandiyanın ardından 6 xal toplayan Çili millisi də play-offa vəsiqə qazandılar
İqbal
Son xəbərlər
Son Xəbərlər