İspaniya İsveçə, Polşa İsrailə qarşı

ispaniya-isvece-polsa-israile-qarsi
Oxunma sayı: 794

Bu gün futbol üzrə AÇ-2020-nin seçmə mərhələsində 4-cü tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 12 qarşılaşma keçiriləcək. A qrupunda Çexiya Monteneqronu, Bolqarıstan isə Kosovonu qəbul edəcək.

3-cü mərhələdə Serbiyanı 5 cavabsız qolla məğlub edən Ukrayna millisi doğma azarkeşləri qarşısında Lüksemburqu sınağa çəkəcək. Serbiya isə Litva ilə qarşılaşacaq.

F qrupunda lider İspaniya İsveçi, Malta isə Rumıniyanı qəbul edəcək. Norveç isə səfərdə Farer adaları ilə münasibətlərinə aydınlıq gətirəcək.

AÇ-2020-nin seçmə mərhələsi
10 iyun

A qrupu
22:45. Çexiya – Monteneqro
22:45. Bolqarıstan – Kosovo

B qrupu
22:45. Ukrayna – Lüksemburq
22:45. Serbiya – Litva

D qrupu
22:45. İrlandiya – Cəbəllütariq
22:45. Danimarka – Gürcüstan

F qrupu
22:45. İspaniya – İsveç
22:45. Malta – Rumıniya
22:45. Farer adaları – Norveç

G qrupu
22:45. Polşa – İsrail
22:45. Latviya – Sloveniya
22:45. Makedoniya – Avstriya