İspaniya kralı koronavirusa yoluxdu

ispaniya-krali-koronavirusa-yoluxdu
Oxunma sayı: 996

İspaniya kralı VI Filip koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kral sarayının mətbuat xidməti məlumat yayıb. Kralın koronavirus testinin nəticəsi pozitiv olub. Bildirilir ki, VI Filipdə yüngül simptomlar özünü göstərdikdən sonra test götürülüb.

Hazırda o, 7 günlük özünütəcrid rejimində çalışacaq. Bu müddət ərzində dövlət başçısının müxtəlif tədbirlərdə iştirakı ləğv ediləcək.

Onun həyat yoldaşı Letisiya və qızı Sofiyanın test nəticələri isə mənfi olub.