FİFA İspaniyanın “Sevilya” klubunun yarımmüdafiəçisi Munir Əl-Həddadinin idman vətəndaşlığı ilə bağlı qərarını açıqlayıb.
"Qafqazinfo" xəbər verir ki, Mərakeş əsilli hücumameylli yarımmüdafiəçinin sözügedən ölkənin millisində oynamasına icazə verilib.
Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə Əl-Hədaddinin idman vətəndaşlığının dəyişdirildiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, ikili vətəndaşlığı olan Munir 2014-cü ildə İspaniya millisinin formasını geyinib. Bu səbəbdən FİFA 2018-ci ildə onun Mərakeş yığmasında oynamaqla bağlı istəyini rədd edib. 2020-ci ilin sentyabrında idman vətəndaşlığının dəyişdirilməsinə dair qərarın yumşaldılmasından sonra növbəti dəfə ali futbol qurumuna üz tutan oyunçu yenə eyni halla üzləşib. Əl-Həddadi yalnız 3-cü cəhdində arzusuna çata bilib. Artıq 26 yaşlı oyunçu bundan sonra Mərakeş yığmasının formasını geyinə biləcək.
Son xəbərlər
Son Xəbərlər