İspaniya millisinin üzvü koronavirusa qalib gəldi

ispaniya-millisinin-uzvu-koronavirusa-qalib-geldi
Oxunma sayı: 1272

İspaniya milli komandasının və “Vulverhempton”un futbolçusu Adama Traore koronavirusa qalib gəlib.

"Qafqazinfo" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin koronavirus testinin nəticəsi mənfi olub.

Bu barədə İspaniya milli komandasının mətbuat xidməti məlumat yayıb. Traore artıq millinin məşqlərinə qoşulub.

Millətlər Liqasının ilk turunun Almaniya ilə oyunundan (1:1) əvvəl Traorenin koronavirus testi müsbət çıxmış və yığmanın heyətindən çıxarılmışdı.