İspaniyanın “ВВС Eurofighter Typhoon 2000” qırıcıları Estoniyanın cənub-şərqində təsadüfən raket atəşi açıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, nəticədə Estoniya İspaniyanın Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin Baltik ölkələri üzərində uçuşlarına qadağa qoyub. İspaniya Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb:
“Hadisə bu gecə baş verib. Raket “Eurofighter”dən təlim missiyası zamanı buraxılıb. Təlimdə Fransanın “Miraj 2000” qırıcıları da iştirak edib. Estoniyanın cənub-şərqində isə bu cür təlim məşqlərinə icazə verilir. Raket heç bir hava nəqliyyat vasitəsinə yaxınlaşmayıb. Bununla belə nazirlik hadisənin səbəblərini araşdırır”.
Son xəbərlər
Son Xəbərlər