İspaniya qol buraxmağı unudub

ispaniya-qol-buraxmagi-unudub
Oxunma sayı: 1030

İspaniya millisi Avropa Çempionatında daha bir rekorda imza atıb.

Qafqazinfo” xəbər verir ki, dünən Türkiyə ilə oyunda 3:0 hesablı qələbə qazanan Visente Del Boskenin komandası üs-üstə 690 dəqiqədir AÇ-nin final mərhələsi oyunlarında qapısında qol görmür.

Çexiya və Türkiyə ilə oyunlarda da quru seriyasını davam etdirən “buğalar” 7 matçdır qapısını toxunulmaz saxlayır. Onlar sonuncu dəfə AÇ-2012-nin qrup mərhələsində İtaliya ilə 1:1 bərabərliyə imza atdıqları qarşılaşmada qapısında qol görüb.

Həmin matçın 61-ci dəqiqəsində Di Natalenin vurduğu qola üzülən İspaniya bununla da rekorda imza atıb.