İspaniya Superkuboku bu ölkədə keçiriləcək - Püşk atıldı

ispaniya-superkuboku-bu-olkede-kecirilecek
Oxunma sayı: 1725

Gələn ildən başlayaraq 2022-ci ilədək İspaniya Superkuboku Səudiyyə Ərəbistanında keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, bu gün atılan püşk nəticəsində yarımfinalda “Real” “Valensiya” ilə, “Barselona” isə “Atletiko”yla üz-üzə gələcək.

Bu oyunlar müvafiq olaraq, 2020-ci il yanvarın 8-də və 9-da keçiriləcək. Superkubokun finalı isə yanvarın 12-də baş tutacaq.

Qeyd edək ki, Supekubokun oyunları ilk dəfədir ki, 4 komandanın iştirakı ilə keçiriləcək. Səudiyyə Ərəbistanı oyunlara ev sahibliyi etmək üçün 120 milyon avro ödəyib.