İspaniya Superkubokunun finalında “El Klasiko” olacaq - Video

ispaniya-superkubokunun-finalinda-el-klasiko-olacaq
Oxunma sayı: 2184

İspaniya Superkubokunda finalçılar bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, “Real” yarımfinalda “Malyorka”nı məğlub edib.

Madrid təmsilçisi ötən gün digər yarımfinal matçında “Atletik”ə qalib gələn “Barselona” ilə qarşılaşacaq.

Həlledici görüş yanvarın 12-də keçiriləcək.

“Real” – “Malyorka” 3:0

Qollar: Bellingem, 63. Valient, 90+2-öz qapısına. Rodriqo, 90+5.