İspaniya Ukraynanın əvəzinə “Avroviziya 2023”də ev sahibi olmağı təklif edir

ispaniya-ukraynanin-evezine-avroviziya-2023de-ev-sahibi-olmagi-teklif-edir
Oxunma sayı: 2662

“Əgər Ukrayna 2023-cü ildə “Avroviziya” Mahnı Müsabiqəsinə ev sahibliyi edə bilməyəcəksə, İspaniya onu öz ərazisində keçirməyə hazırdır”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın RTVE dövlət teleradio şirkətinin kommunikasiyalar üzrə direktoru Mariya Eysagirr bildirib:

“RTVE bu təşkilatda Ukraynaya hər şeydə dəstək olmağı təklif edir və ehtiyac olarsa, biz növbəti “Avroviziya”ya ev sahibliyi etməyə hazırıq”.

Qeyd edək ki, bu gecə müsabiqənin nəticələrinə əsasən, Ukraynanın “Kaluş Orkestri” qrupu 2022-ci ildə İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin qalibi olub.