İspaniya yığmasının futbolçusunda COVID-19 aşkarlandı

ispaniya-yigmasinin-futbolcusunda-covid-19-askarlandi
Oxunma sayı: 1187

Futbol üzrə İspaniya yığmasının hücumçusu Diyeqo Lorentenin koronavirus testinin nəticəsi müsbət olub.

Bu barədə “Qafqazinfo” komandanın mətbuat xidmətinə istinadən xəbər verir.

Komanda izolyasiya rejiminə əməl etməklə Avropa çempionatına hazırlığı davam etdirəcək.

İyunun 6-da İspaniya yığmasının mətbuat xidməti komanda kapitanı Serhio Busketsin koronavirusa yoluxduğunu bildirmişdi.

Qeyd edək ki, Avropa çempionatı 11 iyun – 11 iyul tarixlərində 11 Avropa şəhərində keçiriləcək. İspaniya yığması E qrupunda İsveçrə, Polşa və Slovakiya ilə qarşılaşacaq. Bütün matçlar Sevilyada keçiriləcək.