İspaniya yüksək hazırlıq rejimini sonuncu dəfə uzadacaq

ispaniya-yuksek-hazirliq-rejimini-sonuncu-defe-uzadacaq
Oxunma sayı: 1194

İspaniya hökuməti ölkədə yüksək hazırlıq rejimini son dəfə uzatmağı planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniyanın Baş Naziri Pedro Sançez açıqlama verib: “Muxtar icmaların sədrlərinə bildirdim ki, yüksək hazırlıq rejiminin son dəfə 15 günlük uzadılmasına ehtiyac duyacağıq”.

O bildirib ki, karantin tədbirlərinin ləğvinin üçüncü mərhələsində nəzarət mərkəzi hakimiyyətdən muxtar icmaların rəhbərliklərinə ötürüləcək. “Hökumət yalnız hərəkətin tənzimlənməsinə nəzarəti əlində saxlayacaq”,- deyə nazir bildirib.

Təklif iyunun 2-si konqresdə səsverməyə qoyulacaq.