İspaniyada 10 günlük matəm başladı - Video

ispaniyada-10-gunluk-matem-basladi
Oxunma sayı: 3753

İspaniyada bu gündən etibarən koronavirus qurbanlarının xatirəsinə 10 günlük matəm elan olunub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, 10 günlük matəmin ilk günündə koronavirus səbəbindən həyatını itirmiş 27 mindən çox insanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Koronavirus qurbanlarını ağrı və kədərlə yad edirik. Onların xatirəsi bizimlədir”,- deyə hökumətin rəsmi tvitter hesabında bildirilib.

İspaniya Baş Naziri Pedro Sançez və digər nazirlər ölənlərin xatirəsini yad etmək üçün Moncloa baş iqamətgahının pilləkənləri önünə gəliblər.

İspaniya kralı VI Felipe, həyat yoldaşı Letisiya və qızları - Leonor və Sofiya Sarsuela kral sarayında yas mərasimində iştirak ediblər. 

“İspaniya bu pandemiyada itirdiyimiz minlərlə həmyerlimizə matəm tutur. Çoxları çətinliklərin öhdəsindən gəlmək üçün mübarizələrini davam etdirir. Hamısına, ailələrinə ağrımızı və kədərimizi bildiririk”,- deyə kral sarayının rəsmi tvitter hesabında bildirilib.