İspaniyada 19 yaşlı hakim meydançada öldü

ispaniyada-19-yasli-hakim-meydancada-oldu
Oxunma sayı: 1386

İspaniyada 19 yaşlı hakim Fernando Alkaras meydançada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Mursiya Regionu Futbol Federasiyası yayıb. 

Bildirilib ki, gənc referi oyundan öncə isinmə hərəkətləri zamanı huşunu itirərək yerə yıxılıb.

Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.