İspaniyanın hüquq-mühafizə orqanları ölkəyə Cənubi Amerikadan narkotik gətirən qruplaşmanın fəaliyyətinə son verərək 3,3 ton kokain müsadirə ediblər.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, kokain daşıyan gəmi yanvarın 30-da Portuqaliya təhlükəsizlik qüvvələri tərəfindən ölkə sahilində yaxalanıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının Setubul şəhərindəki əməliyyatı nəticəsində 11 nəfər saxlanılıb.
Saxlanılanlar arasında Ukrayna, Gürcüstan, Hollandiya və Fransa vətəndaşları var.
Qruplaşmanı zərərsizləşdirməklə bağlı əməliyyat hələ 2017-ci ilin noyabrından başlanıb.
Son xəbərlər
Son Xəbərlər