İspaniyada koronavirusa yoluxan tibb işçilərinin sayı 31 053-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniyanın Səhiyyə Nazirliyi açıqlama yayıb.
Həmin tibb işçilərinin əksəriyyətinin müalicəsini evdə davam etdirdiyi qeyd olunub.
Xəstəlik səbəbindən həyatını itirən tibb işçilərinin sayı isə 34-ə çatıb.
Qeyd edək ki, son məlumatlara görə, İspaniyada 200 210 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, 20 852-si xəstəlik səbəbindən həyatını itirib.
Son xəbərlər
Son Xəbərlər