İspaniyada 4 min illik abidələr tapıldı - Fotolar

ispaniyada-4-min-illik-abideler-tapildi
Oxunma sayı: 2441

İspaniyanın cənubundakı Cadiz vilayətində yerləşən Trafalqar burnunda aparılan arxeoloji qazıntılar zamanı antik Roma hamamı və bir çox qəbir tapılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, minlərlə illik yaşı olan abidələr çox yaxşı şəkildə qorunub.

Tapılan qəbirlərin təxminən dörd min illik əvvələ aid olduğu bildirilir.

Bundan başqa, qazıntılar zamanı 1,5 və 1,8 metr dərinlikdə iki duz hovuzu da aşkarlanıb.

Qəbirlərdə aşkarlanan sümüklər yeddi insana aiddir. Məzarlarda sümüklərlə yanaşı, ölənlərə aid olduğu ehtimal edilən boyunbağılar, muncuqlar və bəzək əşyaları da aşkarlanıb.