İspaniyanın paytaxtı Madriddə taksi sürücüləri ilə polis arasında baş verən toqquşmada 14 nəfər yaralanıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlardan 9-u etiraz aksiyasında iştirak edənlər, 3-ü polis, 1-i isə jurnalistdir.
Qeyd edək ki, sürücülər sərnişindaşıma ilə bağlı qanunvericiliyin tənzimlənməsi tələbi ilə tətilə başlayıblar.
Son xəbərlər
Son Xəbərlər