İspaniyada azarkeşlərlə bağlı yeni qərar

ispaniyada-azarkeslerle-bagli-yeni-qerar
Oxunma sayı: 1187

Növbəti mövsümdən İspaniyada futbol və basketbol oyunlarına stadionların tam tutumu sayında azarkeşlər buraxılacaq.

"Qafqazinfo" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti qərar verib. İspaniyanın Səhiyyə naziri Karolina Darias isə açıqlamasında növbəti mövsümdən pandemiyadan əvvəl olduğu kimi stadionların tam tutumu sayında azarkeşlərin qəbul ediləcəyini bildirib:

“Futbol və basketbol yarışlarında stadion və idman arenalarına azarkeşlərin gəlməsi baxımından normal vəziyyətimizə qayıdırıq”. 

Qeyd edək ki, İspaniyada ötən gün açıq havada maska taxmaq qaydası 1,5 metrlik məsafə saxlamaq şərti ilə aradan götürülüb.