İspaniyada ermənilərdən ibarət cinayətkar dəstə tutuldu

ispaniyada-ermenilerden-ibaret-cinayetkar-deste-tutuldu
Oxunma sayı: 935

İspaniyada peşəkar tennis yarışlarının manipulyasiyası ilə məşğul olan ermənilərdən ibarət cinayətkar dəstə tutulub.

“Qafqazinfo” “Evropol”a istinadən xəbər verir ki, ümumilikdə 83 nəfər tutulub. Onlardan 28-i peşəkar tennisçilərdir, şəxsiyyətləri açıqlanmır.

Tutulan idmançılar ABŞ-ın sonuncu Açıq Çempionatında iştirak ediblər.

11 evə baxış keçirilərkən 167 min avro pul, kredit kartları, tüfəng, bahalı avtomobillər, 50-dən çox bahalı elektron avadanlıq müsadirə edilib.