İspaniyada futbolunda şok qərar- - Çempionat dayandırılır

ispaniyada-futbolunda-sok-qerar-
Oxunma sayı: 1748


Bunun səbəbi isə federasiyanın oyunların canlı yayımı məsələsində hökumətlə razılaşa bilməməsidir. Yerli hökumətin 30 apreldə çıxardığı qərar federasiya rəhbərliyini hiddətləndirib. Bu səbəbdən də onlar belə bir addım atıblar. İFF futbolçuların maliyyə borclarında da problem olduğunu əsas gətirərək liqaları qeyri-müəyyən müddətə təxirə salıb

İspaniya Futbolçular Birliyinin (AFE) sədri Luis Rubialesin də bu gün yaranmış vəziyyətlə bağlı federasiyanın qəbul etdiyi qərarı rəsmən açıqlayacağı gözlənilir. 

Qərar qüvvəyə minərsə, o zaman İspaniya La-Liqasının son iki turu və “Kopa Del Rey”in finalı təxirə salınacaq.