İspaniyada İslama qarşı 546 hücum baş verib

ispaniyada-islama-qarsi-546-hucum-bas-verib
Oxunma sayı: 880

İslamafobiyaya Qarşı Vətəndaş Platforması “2017-ci ildə İspaniyada İslamafobiya” adlı hesabatı açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda ötən il İspaniyada 546 islamafobik hücumun qeydə alındığı bildirilib.

Onlardan 386-cı internet məkanında, digərləri isə fiziki olub. Ən çox hücum Kataloniya, Əndəlus və Valensiyada baş verib.

Qeyd edilib ki, hücumların hədəfində müsəlman qadınlar, uşaqlar və məscidlər olub.