İspaniyada 10 gündür təsirli olan istilərin 678 nəfərin ölümünə səbəb olduğu açıqlanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İspaniya Səhiyyə Nazirliyi açıqlama verib.
İspaniya Meteorologiya Agentliyindən (AEMET) verilən məlumatlara görə, “ölkədə 1975-ci ildən bəri ən intensiv yüksək temperatur” iyulun 9-18-də qeydə alınıb.
İspaniyada 10 gündən çox müddət ərzində zaman-zaman 45 dərəcəni keçən hava temperaturu minlərlə hektar yaşıllıq və meşə sahəsinin külə çevrildiyi yanğınlara səbəb olub.
Son xəbərlər
Son Xəbərlər