İspaniyada istidən ölənlərin sayı 360-a çatdı - Yenilənib

ispaniyada-istiden-olenlerin-sayi-360-a-catdi
Oxunma sayı: 5390

İspaniyada müşahidə edilən anomal istilər səbəbindən 5 gün ərzində 240-a yaxın insan dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “EFE” agentliyi yayıb. 

Məlumata görə, iyulun 10-dan 14-nə qədər ölkədə 237 nəfər yüksək temperatur nəticəsində həlak olub.

***

Son 6 gündə İspaniyada müşahidə olunan isti hava şəraitinin təsirindən 360 nəfər həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “EFE” agentliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 10-dan 15-nə qədər toplanmış statistik məlumatlara görə, İspaniyada son bir həftədə müşahidə olunan yüksək temperatur nəticəsində 360 nəfər ölüb.

“Ölüm sayında ən yüksək göstərici - 123 nəfər cümə günü qeydə alınıb”, - deyə məlumatda qeyd olunub.