İspaniyada koronavirus xəstələri üçün otel açıldı

ispaniyada-koronavirus-xesteleri-ucun-otel-acildi
Oxunma sayı: 1600

İspaniyada xəstəxanalara düşən yükü azaltmaq məqsədilə koronavirusa yoluxmuş vətəndaşları qəbul edəcək ilk otel açılıb.

“Qafqazinfo” İspaniya KİV-nə istinadən xəbər verir ki, otel epidemiyanın ən çox yayıldığı Madrid şəhərində ən böyük tibb müəssisələrindən biri olan Qriqorio Maranio Xəstəxanasının yaxınlığında yerləşir.

Otel 9 minə qədər pasient qəbul edə biləcək.

Bundan əlavə, ölkədə koronavirus xəstələri üçün 40 otelin açılacağı gözlənilir.