İspaniyada koronavirusa yoluxmaların artım tempi azalıb

ispaniyada-koronavirusa-yoluxmalarin-artim-tempi-azalib
Oxunma sayı: 1781

İspaniya hökuməti koronavirusa yoluxanların və ölüm hallarının artım tempinin yavaşladığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniyanın Səhiyyə naziri Salvador İlya açıqlama verib:

“Üç həftə əvvəl yoluxmaların sayında hər gün 22%-lik artım müşahidə olunurdu. Bu rəqəm bir həftə əvvəl 10%-ə, bu gün isə 5%-ə qədər azalıb. Belə qənaətə gələ bilərik ki, epidemiyanın yayılma tempi tədricən azalır”.

Qeyd edək ki, İspaniyada koronavirusa yoluxanların sayı 131,646-ya çatıb, 12,641 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.