İspaniyada koronavirusdan ölənlərin sayı 20 minə çatır

ispaniyada-koronavirusdan-olenlerin-sayi-20-mine-catir
Oxunma sayı: 1337

İspaniyada koronavirusdan ölənlərin sayı daha 551 nəfər artmaqla 19,130-a çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniyanın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Ölkə üzrə yoluxanların ümumi sayı isə son 24 saatda 5,183 nəfər artaraq 182,816-ya yüksəlib.

Qeyd edək ki, dünyada 135,564 nəfər koronavirusdan həyatını itirib.