Koronavirus epidemiyasının ən çox yayıldığı ölkələrdən biri olan İspaniyada karantin yumşaldıldıqdan sonra açılan mağazalara böyük endirimlər etmək qadağan edilib.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyi ölkədə koronavirusun ikinci dalğasına yol aça biləcək amillərin qarşısını almaq üçün bəzi qaydaları açıqlayıb.
“İnsan sıxlığının qarşısını almaq üçün ticari fəaliyyətə məhdudiyyətlər” adı altında təqdim olunan təlimatda izdihama və uzun növbələrə səbəb ola biləcək böyük endirim kampaniyaları kimi kommersiya təşviqatlarının qadağan edildiyi bildirilib.
Sözügedən qadağanın internet üzərindən məhsul satışlarına şamil edilməyəcəyi qeyd olunub.
Bu qərar ticarət birlikləri tərəfindən narazılıqla qarşılanıb. İnternet üzərindən ticarətdə endirimlərə icazə verilməsi və mağazalarda isə verilməməsi ilə bağlı qərarın ədalətsiz rəqabətə səbəb olacağı və bir çox müəssisənin müflisləşməsinə yol açacağı bildirilib.
Son xəbərlər
Son Xəbərlər