İspaniyada mindən çox qatar reysi təxirə salındı

ispaniyada-minden-cox-qatar-reysi-texire-salindi
Oxunma sayı: 898

İspaniyanın “Renfe” dəmiryol şirkəti gələcək tətillər səbəbindən 1152 reysi təxirə salıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, dəmiryolçular iyulun 31-i, avqustun 14-2 və 30-u, sentyabrın 1-i kütləvi tətilə hazırlaşır. Şirkət 707 sərnişin qatarının (230-u yüksəksürətli qatarlar, 477-si orta məsafəli), 445 ədəd isə yük qatarının səfərə çıxmasını qadağan edib.  

Qeyd edək ki, dəmiryolçular kadr çatışmazlığı səbəbindən tətil edəcəklər.