İspaniyada narkotik daşımaq üçün hazırlanmış sualtı qayıq ələ keçirildi

ispaniyada-narkotik-dasimaq-ucun-hazirlanmis-sualti-qayiq-ele-kecirildi
Oxunma sayı: 1608

İspaniyada narkotik vasitələrin daşınması üçün əldəqayırma sualtı qayıq aşkarlanıb.

"Qafqazinfo" İspaniya polisinə istinadən xəbər verir ki, hadisə Malaqa şəhərində qeydə alınıb. Anqarda aşkarlanan sualtı qayıq eyni vaxtda 5 Avropa ölkəsinin və "Evropol"un birgə əməliyyatı nəticəsində ələ keçirilib.

Əməliyyat zamanı 52 nəfər saxlanılıb, 22 ton narkotik vasitə götürülüb.