İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 36,9 milyon ispan səsvermə hüququndan istifadə edəcək. Onlar Konqresə aşağı palatadan 350, yuxarı palatadan isə 208 senatoru seçəcəklər. Seçkilər saat 20:00-da bitəcək.
Qeyd edək ki, ölkədə parlament seçkiləri 2020-ci ildə keçirilməli idi. Millət vəkillərinin hökumətin təqdim etdiyi 2019-cu ilin büdcə layihəsini təsdiqləməkdən imtina etməsi səbəbindən baş nazir Pedro Sançes seçkilərin bu il keçirilməsi qərarını verib.
Son xəbərlər
Son Xəbərlər