İspaniyada qar fırtınasından 3 nəfər həyatını itirib

ispaniyada-qar-firtinasindan-3-nefer-heyatini-itirib
Oxunma sayı: 1173

İspaniyada iki gündür davam edən qar fırtınası 3 nəfərin ölməsinə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, “Filomena” adı verilən fırtına quru, hava, dəniz və dəmir yollarında problemlər yaradıb. Belə ki, qar səbəbi ilə ölkədə 600-dən çox yolda gediş-gəliş çətinləşdiyi üçün avtomobillər yollarda qalıb.  

Dünən gecədən bəri yollarda qalan 1500-dən çox insanın xilas edildiyi bildirilir.