İspaniyada silsilə zəlzələlər olub

ispaniyada-silsile-zelzeleler-olub
Oxunma sayı: 728

İspaniyanın Qranada şəhərində silsilə zəlzələlər olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Coğrafiya İnstitutu bildirib.

Ən güclü təkanlar Kulyar-Veqa (4,2 maqnitudalı) və Santa-Fe (4 və 4,3) ərazilərində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. 

Qranada meri Luis Salvador “TVE” telekanalına müsahibəsində vəziyyəti “həyəcanlı” adlandırıb, lakin, həmçinin sakitliyi qorumağa çağırıb.